Что такое findslide.org?

FindSlide.org - это сайт презентаций, докладов, шаблонов в формате PowerPoint.


Для правообладателей

Обратная связь

Email: Нажмите что бы посмотреть 

Яндекс.Метрика

Презентация на тему İxtisas : elektroenergetika mühəndisliyi fənn : elektik maşınları -2 mövzu : transformatorlarda gərginliyin tənzimlənməsi

Transformator
Azərbaycan Hava Yolları “Qapalı Səhmdar Cəmiyyət”   Milli Aviasiya Akademıyası Transformator  Şəkil 1. TRANSFORMATORLARDA GƏRGİNLİYİN TƏNZİMLƏNMƏSİ Müxtəlif şəbəkələrə görə şəbəkədə gərginlik dəyişir. Bu olmasın deyə  şəkil 2. Çevirgəclər yağ transformatorlarında çənin içərisində yerləşdirilir, onların kontaktları isə Bununla əlaqədar olaraq yük altında gərginliyi P (10-16)% hədlərində tənzimlənən transformatorların istehsalı  şəkil 4.
Слайды презентации

Слайд 2 Transformator Transformatorda gərginliyin tənzimi üsulları

Transformator

Transformatr-dəyişən cərəyan sistemində tezliyi və gücü dəyişmədən onun gərginliyinin

və cərəyanının qiymətini dəyişən statik elektromaqnit aparatdır. Başqa sözlə desək, transformator induktiv əlaqəli iki və ya bir neçə dolağı olan elə statik elektromaqnit qurğudur ki, onun vasitəsilə hər hansı bir gərginlikli dəyişən cərəyanı həmin tezlikdə başqa bir gərginlikli dəyişən cərəyana çevirmək olur. Transformatorlardan energetik qurğularda, rabitə qurğularında, radiotexnikada, avtomatika, telemexa-nika sistemlərində, hesablama texnikasında və s. müxtəlif məqsədlər üçün geniş istifadə olunur.

Слайд 3  
Şəkil 1.

 Şəkil 1.

Слайд 4 TRANSFORMATORLARDA GƏRGİNLİYİN TƏNZİMLƏNMƏSİ
Müxtəlif şəbəkələrə görə şəbəkədə gərginlik

TRANSFORMATORLARDA GƏRGİNLİYİN TƏNZİMLƏNMƏSİ Müxtəlif şəbəkələrə görə şəbəkədə gərginlik dəyişir. Bu olmasın

dəyişir. Bu olmasın deyə müxtəlif tənzimləmə üsullarından istifadə edirlər.

Belə ki, birinci tərəf gərginliyinin hansı istiqamətdə dəyişməsindən asılı olmayaraq, ikinci tərəf gərginliyi sabit qalsın. Bu üsullardan bir transformatorun transformasiya əmsalını dəyişməkdir. Bunun üçün dolaqlardan hər hansı birinin işdə olan sarğılar sayını müəyyən faizlə dəyişirlər. Belə dəyişmə aparmaq üçün dolaqlardan birindən, əsasən yüksək gərginlik dolağından əlavə uclar çıxarılır, çünki bu dolağın sarğılar sayı çox olduğundan transformasiya əmsalını istənilən faizlə dəqiq dəyişmək olur və digər tərəfdən yüksək gərginlik dolağı kiçik cərəyanlı olduğundan çevirgəc qurğunun ölçüləri kiçik olub ucuz başa gəlir.

Слайд 5  
şəkil 2.

 şəkil 2.

Слайд 6 Çevirgəclər yağ transformatorlarında çənin içərisində

Çevirgəclər yağ transformatorlarında çənin içərisində yerləşdirilir, onların kontaktları isə

yerləşdirilir, onların kontaktları isə ümumi vala geydirilərək çənin qapağı

üstünə bərkidilmiş dəstəklə əlaqələndirilir. Mayesiz transformatorlarda əlavə uclar kontakt lövhəsi üzərinə çıxarılır və öz aralarında istənilən qaydada birləşdirilə bilir.
İri sənayemüəssisələrində işlədicilərin fasiləsiz enerji təchizinə nail olmaq üçün transformator gərginliyinin yük altında tənzimi böyük əhəmiyyətə malikdir.

Слайд 7 Bununla əlaqədar olaraq yük altında gərginliyi P (10-16)%

Bununla əlaqədar olaraq yük altında gərginliyi P (10-16)% hədlərində tənzimlənən transformatorların

hədlərində tənzimlənən transformatorların istehsalı sürətlə artır. Belə transformatorlarda da

gərginliyin tənzimlənməsi transformasiya əmsalının dəyişdirilməsinə əsaslanır. Lakin burada tənzimləmə zamanı bir əlavə ucdan digərinə keçərkən, cərəyan dövrəsi qırılmamalıdır. Bu məqsədlə hər faz dolağı xüsusi çevirgəc qurğu ilə təchiz edilir. Cərəyan dövrəsini qırmadan bir əlavə ucdan digərinə keçərkən hər hansı aralıq vəziyyətdə iki qonşu uc və bu uclar arasında qalan dolaq hissəsi qısa qapanır. Qısa qapanma cərəyanını məhdudlaşdırmaq məqsədilə bu çevirgəc qurğularda reaktor və ya rezistorlardan istifadə edilir. Belə çevirgəc qurğulardan birinin prinsipial sxemi şəkil 3-də göstərilmişdir. Burada cərəyan məhdudlaşdırıcı element kimi reaktordan istifadə edilir. Başlanğıc işçi vəziyyətində K1 və K2 kontaktorları bağlıdır, reaktorun hər iki qolu transformator dolağının əlavə uclarından birinə, məsələn X1 ucuna qoşulub. Bu zaman reaktorun paralel qollarından axan cərəyanlar qiymətcə bərabər, istiqamətcə əks olduğundan reaktor nüvəsində maqnit seli praktiki olaraq sıfırdır, yəni onun induktiv müqaviməti çox kiçikdir.

şəkil 3.

Alçaldıcı transformator


  • Имя файла: İxtisas-elektroenergetika-mühəndisliyi-fənn-elektik-maşınları-2-mövzu-transformatorlarda-gərginliyin-tənzimlənməsi.pptx
  • Количество просмотров: 81
  • Количество скачиваний: 0
- Предыдущая 7
Следующая - The sequence of tenses